"Amerika və Fars körfəzindən olan müttəfiqləri İrana göstərmək istəyir ki, rəsmi Tehranın Hörmüzü bağlamaq davranışı ona baha başa gələcək".
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı deyib. O bildirib ki, bu gün ABŞ qarşısında duran əsas məsələ İranın maliyyə imkanlarını məhdudlaşdırmaqdır ki, özünün "pis davranışları"na davam etməsin:
"Belə olan halda sanksiyaları artırmaq lazımdır. İran rejimi görsün ki, onun bu hərəkəti qəbuledilməzdir və ona baha başa gələcək. İran başa düşməlidir ki, Amerika dünya ölkələrinə neft tranzitini qoruyub-saxlamaq üçün bütün dəniz yollarının açıq olmasına çalışır".
Xatırladaq ki, İran ABŞ-a Hörmüz boğazını bağlayacağı xəbərdarlığını edib.
Son xəbərlər
Son Xəbərlər