İran oktyabrın 7-si səhərə qədər bütün hava limanlarından uçuşları ləğv edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
İranın Mülki Aviasiya Təşkilatının qərarı ilə uçuşlar oktyabrın 6-sı Bakı vaxtı ilə saat 21:30-dan oktyabrın 7-si saat 06:30-a kimi ləğv olunub.
Qərarın səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 1-i İran İsrailə raket zərbələri endirdikdən sonra uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq etmişdi.