İran BVF-dən 5 milyard istədi

iran-bvf-den-5-milyard-istedi
Oxunma sayı: 2099

Koronavirusun ən çox təsir etdiyi ölkələrdən olan İran Beynəlxalq Valyuta Fondundan (BVF) 5 milyard dollar yardım istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Xarici İşlər naziri Cavad Zərif açıqlama yayıb.

“Beynəlxalq Valyuta Fondundan baş icraçı direktoru Kristalina Georgieva koronavirusdan təsirlənən ölkələrə dəstək veriləcəyini bildirmişdi. Bu münasibətlə İran Mərkəzi Bank yardım üçün BVF-yə sorğu göndərib”,- deyə nazir qeyd edib.