İran Çinə uçuşları dayandırdı

iran-cine-ucuslari-dayandirdi
Oxunma sayı: 1555

İran koronavirus səbəbindən Çinə uçuşları dayandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Səid Nemeki bildirib. “koronavirusun yayılmasının qarşısını almaq üçün İranla Çin arasında bütün uçuşlar müvəqqəti dayandırılıb”, - deyə açıqlamada bildirilir.

İranda virusa yoluxma halının qeydə alınmadığını bildirən Nemeki Çinin Uhan şəhərindəki 70 İran vətəndaşının ölkəyə gətiriləcəyini qeyd edib.