İran Əfqanıstana uçuşları bərpa etdi

İran Əfqanıstana uçuşları bərpa etdi
Oxunma sayı: 633

İran “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstana kommersiya uçuşlarını bərpa edib.

“Qafqazinfo” İranın ərəb dilli dövlət televiziyası “Al Alam”a istinadən xəbər verir ki, Kabil Hava Limanına enən İran təyyarəsi “Taliban” ölkəni nəzarətə götürdükdən sonra bu ölkəyə ilk ticari uçuşu həyata keçirib.

Məşhəd şəhərindən havaya qalxan və İranın Mahan Hava Yollarına məxsus təyyarədə bu ölkəyə təyin olunmuş İran diplomatları da daxil olmaqla 19 sərnişin səfər edib.