“İran elə bunu istəyirdi...”

iran-ele-bunu-isteyirdi
Oxunma sayı: 1526


"Qafqazinfo" xəbər verir ki, bu sözləri politoloq Razi Nurullayev deyib. O bildirib ki, əldə olunan razılaşmada uduzan tərəf yoxdur:

"Hər iki tərəf qazandı. ABŞ başda olmaqla dünya gücləri İranın nüvə proqramını nəzarətə götürdü və onların rəhbərliyi altıda İran nüvə proqramını dinc məqsədlər üçün inkişaf etdirəcək. Beləliklə, İranın nüvə dövlətinə çvrilməsinin qarşısı böyük ehtimalla alınmış oldu. İran isə nüfuzunu saxladı. Elə bunu istəyirdi. Həm nüvə proqramını davam etdirmək, sanksiyaları ləğv etdirmək və bununla yanaşı aşağılanmamaq. İran aşağılanmadı, əksinə dünya ilə işbirliyi qura bildi. Beləliklə, İran həm daxildə, həm də xaricdə nüfuzunu qaldırmağa nail oldu.

Məlum olduğu kimi, İran son illər dünyada qəbul olunmurdu və bu ölkəyə qarşı çox ciddi hücumlar var idi. Təkcə son beş ildə dəfələrlə İrana qarşı hərbi hücumların olacağı ilə bağlı məlumatlar yayılırdı. Bu isə heç şübhəsiz İrana qonşu dövlətləri, o cümlədən Azərbaycanı çıxılmaz duruma salırdı. Biz faktiki olaraq konkret seçim qarşısında qalırdıq. Digər yandan hərbi hücumlar Azərbaycana da öz mənfi təsirlərini göstərəcəkdi. Bu mənada İranla Qərbin anlaşması həm də ölkəmiz üçün uğurlu hal kimi qiymətləndirilə bilər. İranla anlaşmadan sonra, sanskiaylar qaldırılacaq və onun iqtisadiyyatında ciddi artım vaş verəcək. Elə bu Azərbaycan üçün də faydalıdır. 

Razılaşamdan razı qalmayan yeganə ölkə İsrail dövlətidir. Amma, İran dünya ilə qaynayıb-qarışandan sonra İsrail üçün də ciddi təhlükə törədəcəyi düşncəsində deyiləm. Əslində, İsrail İranla dost da ola bilər. Bunun üçün İsrail dövləti xarici siyasətində dəyişiklik etməli və İranı düşmən gözündə görməkdən çəkinməlidir. 

İstənilən halda, ABŞ-ın İsraillə strateji münasibətləri var və heç zaman Netanyahunun qorxduğu məsələnin - İsrail dövlətinin yer üzündən silinməsinə razı ola bilməz. İsrail gərək bu tip bəyənatlardan uzaq dursun. Çünki, bu tip sözlər gərginliyi daha da artırır".