İran ərazisində 160 erməni əsgərin olması barədə şayiələrə cavab verdi

iran-erazisinde-160-ermeni-esgerin-olmasi-barede-sayielere-cavab-verdi
Oxunma sayı: 3160

İranın Yerevandakı Səfirliyi İran ərazisində 160 erməni hərbçisinin olduğu barədə şayiələri təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, səfirliyin müvafiq bəyanatını “parstoday.com” saytı yayımlayıb.

Bəyanatda deyilir:

“İran İslam Respublikasının Ermənistan Respublikasındakı Səfirliyi bəzi erməni KİV-də 160 erməni əsgərin İranda olması, İran tərəfinin isə onların geri qaytarılması üçün şərt irəli sürməsi barədə yayılan şayiələri yalan və əsassız hesab edir”.

Qeyd edək ki, bir sıra erməni KİV-i 160 erməni əsgərinin 44 günlük müharibə zamanı İran sərhədini keçdiyinə dair məlumatlar yayıb.