İran Fars körfəzində yanacaq daşıyan tankeri saxlayıb.
"Qafqazinfo" "IRNA" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusundan bildiriblər.
Məlumata əsasən, saxlanılan tanker ərəb ölkələrinə 700 min litr yanacaq daşıyırmış.
Tankerin 7 nəfərdən ibarət heyəti həbs edilib. Araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər