İran Fransanın müvəqqəti işlər vəkilini nazirliyə çağırdı

iran-fransanin-muveqqeti-isler-vekilini-nazirliye-cagirdi
Oxunma sayı: 1249

İran Fransanın Məhsa Əminin ölümündən sonra başlayan etirazlarla bağlı bəyanatlarına cavab olaraq bu ölkənin Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb.

Bildirilib ki, Fransa Xarici İşlər Nazirliyi və Fransa rəsmilərinin bəyanatları “İranın daxili işlərinə müdaxilə” kimi qəbul edilib və Fransanın müvəqqəti işlər vəkilinə çatdırılıb.

“İran heç bir halda öz daxili işlərinə qarışmağa razı olmayacaq və əcnəbilərin mövqelərini, hərəkətlərini diqqətlə izləyərək vaxtında və müvafiq tədbirlər görəcək”, - açıqlamada qeyd olunub.