İran hərbi təlimlərə başladı

iran-herbi-telimlere-basladi
Oxunma sayı: 1113

İran ölkənin cənub-şərqindəki Ərəbistan dənizindəki Makran sahilində hərbi təlimlərə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, təlimə hava qüvvələri, xüsusi təyinatlılar və təcili yardım qruplarından ibarət hərbi hissələr qatılıb.

Quru qoşunları komandiri Keyumers Haydari təlimin əsas məqsədinin quru qoşunları bölmələrinin hərəkətliliyini və hücum gücünü qiymətləndirməkdən ibarət olduğunu söyləyib.

Qeyd edək ki, İran ABŞ və İsrail ilə gərginliyin yüksək olduğu son günlərdə bir-birinin ardınca hərbi təlimlər keçirir. Yanvarın 5-də Simnan vilayətində yüzlərlə pilotsuz uçuş aparatları ilə məşqlər edilib. 

Ordu yanvarın 13-də Ərəbistan dənizi və Hind okeanını əhatə edən geniş bir ərazidə dəniz hərbi gəmiləri, sualtı qayıqları və raketləri ilə manevrlər edib.