İran hökuməti fövqəladə iclas keçirdi - Yenilənib

iran-hokumeti-fovqelade-iclas-kecirdi
Oxunma sayı: 5870

İran hökuməti ölkə Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı fövqəladə iclas keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “IRNA” agentliyi yayıb. 

İclasın keçiriləcəyi dəqiq tarix açıqlanmayıb.

***

Hazırda İranın vitse-prezidenti Məhəmməd Möhbərin sədrliyi ilə Nazirlər Kabinetinin fövqəladə iclası keçirilir.

***

İran hökumətinin iclası başa çatıb. Ölkənin Nazirlər Kabineti iclasdan sonra bəyanat yayaraq hadisə fonunda hökumətin işində hər hansı fasilənin olmayacağını bildirib.