İran hökumətinin sözçüsü koronavirusa yoluxub

iran-hokumetinin-sozcusu-koronavirusa-yoluxub
Oxunma sayı: 1040

İran hökumətinin sözçüsü Əli Rəbiinin koronavirus test nəticəsi müsbət çıxıb.

"Qafqazinfo" İran mətbuatına istinadən xəbər verir ki, Əli Rəbii son günlər ərzində, koronavirus simptomlarının müşayiəti ilə səhhətində narahatlıq hiss edib. Test nəticələri müsbət çıxdıqdan sonra o xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilib.

Qeyd edək ki, İranda bu günə qədər 293 606 insan koronavirusa yoluxub, 15 912 insan xəstəlik səbəbindən həyatını itirib.