İran-İraq sərhədində zəlzələ olub

iran-iraq-serhedinde-zelzele-olub
Oxunma sayı: 1150

Bu gün İranın İraqla sərhədi yaxınlığında 5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, yeraltı təkanlar Sərpol Zəhab şəhərindən 8 km cənub-şərqdə qeydə alınıb.

Zəlzələ ocağı yerin 40 km dərinliyində yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.