“İran İsrailə hərbi cavabla bağlı qərar qəbul edib”

iran-israile-herbi-cavabla-bagli-qerar-qebul-edib
Oxunma sayı: 2791

“İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası İsrailin oktyabrın 26-da endirdiyi zərbəyə hərbi cavab verməklə bağlı qərar qəbul edib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu İran Məclisinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Esmail Kosari “Didban Iran” portalına müsahibəsində deyib. 

“Bəzi hökumət məmurları və digər şəxslər İsrailə cavab verməyəcəyimizi deyə bilər, lakin qərarı hökumətdə olan və olmayan bu şəxslər vermir. İsrailə hərbi cavabla bağlı qərar artıq Milli Təhlükəsizlik üzrə Ali Şura tərəfindən verilib”, - deyə Kosari qeyd edib. 

Onun sözlərinə görə, İranın İsrailin zərbəsinə qarşı hərbi cavabı əvvəlkilərdən daha güclü olacaq.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisini kütləvi raket atəşinə tutub. İran İslam İnqilabı Keşiçkiləri Korpusu hücumun HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahın öldürülməsinə cavab olduğunu bildirib. 

Oktyabrın 26-da isə İsrail hərbçiləri İranın hücumuna cavab olaraq ölkənin hərbi obyektlərinə zərbə endirib.