“Qafqazinfo”nun AzərTac-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Fransada nəşr olunan “Charli Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin karikaturasının dərc edilməsinə etirazlarını bildiriblər. Onlar Fransadan tələb ediblər ki, dünya müsəlmanlarından üzr istəsin və bir də bu cür təxribat xarakterli karikaturaların dərc olunmasına icazə verməsin.
Tehran sakinləri söz azadlığından sui-istifadə edib müqəddəs inancların təhqirinin yolverilməz olduğunu səfirlik əməkdaşlarının nəzərinə çatdırıblar.
Polis qəzəblənmiş kütlənin səfirliyin binasına hücumunun qarşısını ala bilib. Aksiyada ciddi insident baş verməyib.
Son xəbərlər
Son Xəbərlər