İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə İran kino həftəsi keçiriləcək.
"Qafqazinfo" xəbər verir ki, Açılış mərasimi mayın 14-də saat 18:00-da Nizami Kino Mərkəzində təşkil olunacaq.
Bakıda İran kino həftəsi çərçivəsində mayın 14-də “143-cü çuxur”, mayın 15-də “Bir dişləm qənd”, mayın 16-da “Bu gün”, mayın 17-də “Nəqqaşlıq hovuzu” filmləri Nizami Kino Mərkəzində 19:00-da nümayiş olunacaq.
Son xəbərlər
Son Xəbərlər