İran məcburi hicabla bağlı araşdırmalara başladı

iran-mecburi-hicabla-bagli-arasdirmalara-basladi
Oxunma sayı: 4781

İranın Baş prokuroru Məhəmməd Cafer Montazeri məcburi hicabla bağlı araşdırmalara başlanıldığını və nəticənin yaxın vaxtlarda açıqlanacağını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İran dövlət televiziyası məlumat verib.

Belə ki, İran Məclisi və İnqilab Ali Şurasının hicabla bağlı hüquqi tənzimləmə üzərində çalışdığı və nəticənin tezliklə açıqlanacağını qeyd edilib.

 “Konstitusiyaya sadiq qalaraq qərar verəcəyik. İşlər 15 gün ərzində yekunlaşacaq”, - deyə bildirilib.