İran məmurlarının “gəlmə” çağırışına Ərdoğandan cavab

iran-memurlarinin-gelme-cagirisina-erdogandan-cavab
Oxunma sayı: 1751


 “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hava limanında jurnalistlərin suallarını cavablandıran Ərdoğan həmin şəxslərin ona göstəriş vermək səlahiyyətinə sahib olmadıqlarını və proqramında dəyişiklik etməyəcəyini bildirib:

“Verdiyim açıqlama Yəmənin ərazi bütövlüyünə olan hörmətimizin göstəricisidir və bu səbəblə torpaq bütünlüyünün qorunması, istər içəridə, istərsə də xaricdən edilən müdaxilələrin doğru olmadığını göstərmək məqsədi daşıyıb. Qısası, bu müdaxilələri edənlərin Yəməni tərk etməli olduğunu  ifadə etdim. 

Bizim səfərlərimizi o cür insanlar müəyyənləşdirəcək deyil. Getmək və ya getməmək qərarını biz veririk. Proqramımızı qoruyuruq və Yəməni də izləyirik. Yəməndəki proseslər bizim üçün çox önəmlidir. Hər cür qərar verməyimizə səbəb addımlar atıla bilər”. 

Qeyd edək ki, daha əvvəl Ərdoğan çıxışında İranın bölgədə dominantlıq etmək niyyətində olduğunu bildirmiş və onu Yəmən, Suriya və İraqdakı güclərini çəkməyə çağırmışdı. 

Buna qarşılıq olaraqsa İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mansur Hakikatpur, ardınca isə parlamentin Araşdırma Komissiyasının sdəri Məhəmməd Mehdi Zahidi Ərdoğanı apreldə İrana planlaşdırılan səfərini təxirə salmağa çağırmışdı.