İran millisinin baş məşqçisi istefa verdi

iran-millisinin-bas-mesqcisi-istefa-verdi
Oxunma sayı: 2698

Futbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyroş istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bunu məşqçi öz instaqram səhifəsində yazıb.

Qeyd edək ki, İran millisi ötən gün 0-1 hesabı ilə ABŞ millisinə məğlub olaraq Qətərdə keçirilən Dünya Çempionatında mübarizəni dayandırıb.

Xatırladaq ki, Karluş Keyroş bu ilin əvvəlində İran millisinin sükanı arxasına keçib. O, daha əvvəl 2011 - 2019-cu illərdə də Asiya təmsilçisinə rəhbərlik edib.