“İran müttəfiqləri ilə İsrailə mümkün cavabı müzakirə edəcək”

iran-muttefiqleri-ile-israile-mumkun-cavabi-muzakire-edecek
Oxunma sayı: 1643

“İran və onun regiondakı müttəfiqləri Haniyənin öldürülməsinə görə İsrailə mümkün cavabı müzakirə edəcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranda, “Hizbullah” hərəkatının hərbi lideri Fuad Şukrun isə Livanda hava hücumları nəticəsində həlak olmaları səbəbindən Yaxın Şərq İsrail və İran və müttəfiqləri arasında genişlənən münaqişə astanasındadır.

Bildirilir ki, Haniyə Aİ-nin terrorçu siyahısına salınıb və onun barəsində Beynəlxalq Cinayət Məhkəməsinin orderi var, lakin Brüssel məhkəməsiz edamlara qarşıdır.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib. İyulun 31-i gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.

HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib. İsrail Müdafiə Qüvvələri isə bu hadisəyə görə məsuliyyət daşımadığını açıqlayıb.

Hadisə ilə əlaqədar İranda üçgünlük - iyulun 31-dən avqustun 2-dək matəm elan edilib.

Ölkənin ali lideri Əli Xamenei onun qisasının alınacağına söz verib. Eyni zamanda, İran ərazisində “qisas bayrağı” hesab olunan qırmızı bayraq qaldırılıb.