İranın “Nətənz” Nüvə Mərkəzində partlayış olub.
“Qafqazinfo” xəbər verir ki, məlumatı İranın Atom Enerji Təşkilatı sözçüsü Bəhruz Kəmalvəndi təsdiqləyib. Bildirilib ki, müəssisədə partlayış baş verib və nəticədə otaqlardan birinin tavanı çöküb.
“Gördüklərimiz elektrik təchizatı sistemindəki bir problemdir. Partlayış hər şeyi məhv edəcək qədər güclü deyildi, ancaq idarəetmə otaqlarından birində tavan çöküb”,- deyə Kəmalvəndi qeyd edib.
Xatırladaq ki, ötən gün İranın Atom Enerji Təşkilatı “Nətənz” Nüvə Mərkəzinin elektrik şəbəkəsində qəza baş verdiyini açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər