İran nümayəndə heyəti Azərbaycana gələcək

iran-numayende-heyeti-azerbaycana-gelecek
Oxunma sayı: 727

İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti martın 14-15-də Azərbaycana səfərə gələcək.

"Qafqazinfo"ya daxil olan məlumata görə, səfər çərçivəsində Dövlət Komissiyasının 13-cü iclası, biznes forum və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, Komissiyanın ötən iclasından sonrakı dövrdə görülən işlər, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcəkdir