İran nümayəndəsindən Trampa məsləhət - “Daha Tvitterdə yazma”

iran-numayendesinden-trampa-meslehet
Oxunma sayı: 1222

İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazempur Ərdəbili ABŞ prezidenti Donald Trampa təşkilatla bağlı daha tvit yazmamağı məsləhət görüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Ərdəbili Trampın Tvitter statusları üzündən neftin qiymətinin qalxdığını bildirib:

"Son 30 ildə OPEK dünya xam neftinin qiymətinin artımında heç bir rol oynamayıb. Yalnız maliyyə bazarları və regional mərkəzlər neftin qiymətinə təsir göstərir".

Hüseyn Ağ Ev rəhbərini OPEK-ə təzyiq  göstərməkdə ittiham edib. 

Qeyd edək ki, Tramp Tvitter səhifəsində OPEK-i benzinin qiymətini ucuzlaşdırmağa çalışmışdı.