Oman körfəzində neft tankerlərinə hücum edilməzdən əvvəl İran ordusunun hərbçiləri ABŞ-a məxsus dronları vurmağa cəhd ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb. Qeyd edilir ki, zenit raketi dronu vura bilməyərək suya düşüb. CNN-in mənbəsi bildirib ki, ABŞ-a məxsus MQ-9 pilotsuz aparatına raket buraxılmazdan əvvəl qurğu neft tankerlərinə İrana aid gəmilərin yaxınlaşdığını müəyyən edib. Lakin bu gəmilərin tankerlərə hücumu ilə bağlı heç bir sübut yoxdur.
Qeyd edək ki, iyunun 13-də Oman körfəzində iki neft tankerinə edilən hücuma görə ABŞ prezidenti Donald Tramp İranı günahlandırıb. Qarşı tərəf bu ittihamı qəbul etməyib.
Son xəbərlər
Son Xəbərlər