İran OPEK-lə razılaşmaya zidd hərəkət etdi

iran-opek-le-razilasmaya-zidd-hereket-etdi
Oxunma sayı: 1659

İran Milli neft kompaniyası martın 20-dək hasilatın həcmini sutkada 4 milyon barelədək artıracaq.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin rəhbəri Əli Kardor bildirib.

“SHANA” agentliyinin məlumata görə, OPEK-lə razılaşmaya əsasən İranın sutkalıq hasilat həcmi 3,79 milyon bareli keçməməlidir.

 Əli Kardor sözlərinə görə, 2016-cı ilin dekabrında İran Avropaya rekord həcmdə - sutkada 0,9 milyon barel neft tədarük edib.

Xatırladaq ki, Vyanda ötən ilin noyabrında OPEK ölkələri ümumi hasilatın  sutkalıq həcmini  32,5 mln. barel səviyyəsinə endirməyi qərara alıblar.  Bu səbəbdən təşkilat üzvləri 2017-ci ilin birinci rübündə orta sutkalıq hasilatı 1,2 milyon barelə qədər azaltmalıdır.

Barəsindəki sanksiyaların yeni ləğv edildiyi üçün İran istisna olunmuşdur.  OPEK İrana hasilat həcmini sutkada 90 min barel artıraraq - 3,797 milyona çatdırmağa icazə vermişdi.