İranda ötən il parlamentə və inqilab lideri Ayətullah Xomeyninin məzarına hücum təşkil edən 8 İŞİD üzvü asılaraq edam edilib.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə hələ may ayından terrorçular barədə ölüm hökmü çıxarmışdı.
Xatırladaq ki, ötən il iyunun 7-də İŞİD üzvlərinin Tehranda təşkil etdikləri bombalı və silahlı hücumda 17 nəfər həlak olmuşdu. Bu, İŞİD-in İranda təşkil etdiyi ilk terror aktı idi.



Son xəbərlər
Son Xəbərlər