İran öz raketlərinin seriyalı istehsalına başladı- - Foto

iran-oz-raketlerinin-seriyali-istehsalina-basladi-
Oxunma sayı: 1521


“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.   

İranın müdafiə naziri briqada generalı Hüseyn Dehqan istehsalat xəttinin işə salınması ilə bağlı təşkil olunmuş mərasimdə çıxışı zamanı qeyd edib ki, “Qadir” qanadlı raketlər tez bir  zamanda döyüş vəziyyətinə gətirmək, maksimal dəqiq naviqasiya avadanlığı vasitəsilə çox aşağı hündürlükdən uçmaq və 300 km məsafədən hədəfi vurmaq  xüsusiyyətlərinə malikdir. ““Qadir” qanadlı raketlər həmçinin müasir radioelektron mübarizə vasitələrinə davamlıdır və müxtəlif tipli gəmilərdən, həmçinin, helikopterlərdən buraxıla bilər”, deyə general Dehqan qeyd edib.    

İranın müdafiə naziri ölkəsinin bölgədə öz istehsalı olan qanadlı raketləri müstəqil şəkildə istehsal edən çox ölkələrdən biri olduğunu qeyd edib: “Bu tip silahların ölkənin istənilən nöqtəsində tez bir  zamanda döyüş vəziyyətinə gətirmək və  hədəfi çox dəqiq vurmaq  xüsusiyyətləri İran Silahlı Qüvvələrinin həm havada, həm quruda, həm də suda zərbə gücünü xeyli artırır”, deyə nazir bildirib.

“İran təcavüzkarı dayandırmaq üçün İsraili vura biləcək 2000 km radiuslu  “Qədr-F” maye ballistik raketlərinə də malikdir”, deyə agentlik qeyd edib. Bundan başqa, İranın arsenalında 2000 km məsafədən hədəfi vura bilən “yer-yer” tipli  “Səcil” və  uzaq radiuslu “Şahab-3”, “Zəlzələ” və “Fateh” tipli qanadlı  raketləri var.