İran parlamenti Ruhaniyə bir ay vaxt verdi

iran-parlamenti-ruhaniye-bir-ay-vaxt-verdi
Oxunma sayı: 1955

İran parlamenti prezident Həsən Ruhaniyə iqtisadi problemlərin aradan qaldırılması istiqamətində hökumətin fəaliyyətinə dair hesabat  verməsi üçün bir ay vaxt verib.

 “Qafqazinfo” xəbər verir ki, parlamentin ¼ hissəsindən çoxu bu qərarı dəstəkləyib. Spiker Əli Laricani bildirib ki, 290 deputatdan yalnız 92-si prezindentin hesabat verməsi barədə vəsatət qaldırıblar. Suallara qtisadi komissiya baxdıqdan sonra 80 nəfər öz tələbinin üzərində dayanıb. Laricani onu da qeyd edib ki, ölkə qanunlarına görə, Həsən Ruhani tələbdən sonra 1 ay ərzində parlament qarşısına çıxmalıdır. 

Məlumata görə, prezidentdən illərdir davam edən iqtisadi tənəzzül, bank sektorunda sanksiyaların uzadılması, milli valyutanın dəyərinin xarici valyuta ilə müqayisədə kəskin aşağı düşməsii, həmçinin, hökumətin malların və valyutanın qiymətlərinə nəzarət etməyi bacarmaması və işsizliyin səviyyəsinin azalmaması kimi məsələlər üzrə hesabat verməsi tələb edilir.

Aysel Kərimova