İran parlamentində silahlı atışma - 1 ölü və girovlar var+Yenilənir

iran-parlamentinde-silahli-atisma
Oxunma sayı: 727

İran parlamentində atışma baş verib.

“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, naməlum şəxs parlamentdə atəş açıb. 

Tasnim xəbər agentliyi məclisdə bəzi insanların girov götürüldüyünü yazır. Atışmada 3 silahlı şəxsin iki nəfəri yaraladığı qeyd edilir. 

Hazırda parlament binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Hücumun terror aktı ola biləcəyindən ehtiyat edilir. 

***

Təhlükəsizlik xidmətinin əməkdaşının öldüyü açıqlanıb. 

Atışmada yaralananların sayı 8-ə çatıb. 

Fars xəbər agentliyi terrorçulardan birinin özünü partlatdığını yazır.