İran parlamentinə İŞİD hücumu - 12 ölü, terrorçu zəhər içdi

iran-parlamentine-isid-hucumu
Oxunma sayı: 2573

İran rəsmiləri parlament binasına və Xomeyni türbəsinə olunan silahlı hücumların İŞİD tərəfindən həyata keçirildiyini açıqlayıblar.

“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, Tehrandakı məclis binasına girən 3 nəfər terrorçu Kalaşnikofla silahlanıblar.

Hücum sırasında bir mühafizəçi öldürülüb, azı 8 yaralı var. 

Daha sonra Xomeyni türbəsinə 4 silahlı şəxs hücum edib. Terrorçu-kamikadzelərdən biri özünü partladıb. Eyni zamanda, çoxlu sayda yaralı var. İntihar edən terrorçunun fotosu yayılıb. 

İranın ingiliscə yayımlanan Press TV agentliyi isə terrorçulardan birinin zəhər içərək özünü öldürdüyünü yazır.

İranda üçüncü hücumun da metroda baş verdiyinə dair yerli KİV-lərdə iddialar səslənir. 

***

Tasnim xəbər agentliyi tvitter hesabında parlamentə silahlı hücum nəticəsində ölənlərin sayının 8-ə çatdığını açıqlayıb. Lakin rəqəmlər rəsmi olaraq təsdiqlənməyib. Ölkənin daxili işlər naziri hücum olunan bölgədə durumun nəzarətə götürüldüyünü və narahatlığa səbəb olmadığını bildirib.

***

 İranın daxili işlər naziri Abdulrza Rəhmani Fazli Tehranda səhər saatlarında baş verən iki hücum faktı ilə bağlı təcili  toplandıqlarını bildirib. Nazir hazırda hücumla bağlı heç nə deyə bilməyəcəyini qeyd edib. 

***

İran KİV-ləri məclisin içərisində atışmanın hələ də davam etdiyini yazırlar. Terrorçular binanın pəncərəsindən yoldan keçənlərə də atəş açırlar. Həmin silahlı şəxslərdən birinin fotosu da çəkilib. 

Terrorçulardan biri özünü parlamentdə partladıb. 

Yaralıların sayı 33-ə çatıb. 

İranın Ədliyyə Nazirliyi açıqlama yayaraq Tehranda baş tutan hər iki hücumda ölənlərin sayının 12-yə çatdığını, yaralı sayının isə 39 olduğunu bəyan edib.