Vəzifəsi 2 gün öncə İranın Ali Rəhbəri Seyid Əli Xamenei tərəfindən təsdiqlənən prezident Həsən Ruhaninin andiçmə mərasimi keçirilib.
“Qafqazinfo” İran mətbuatına istinadən xəbər verir ki, İran parlamentinin sədri Əli Laricani açılış nitqi söylədikdən sonra Həsən Ruhani “Qurani-Kərim”ə and içərək andiçmə mətnini imzalayıb.
Mərasimdə 8 prezident, 8 baş nazir, 19 ölkənin Milli Məclis sədri və 34 nümayəndəlik iştirak edib.
Azərbaycanı Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti təmsil edir.
Qeyd edək ki, Ruhani mayda keçirilən prezident seçkilərində H.Ruhani növbəti dəfə qalib gəlib.






Son xəbərlər
Son Xəbərlər