İran prezidenti Həsən Ruhani ölkəsinə tətbiq edilmiş sanksiyaların ləğvindən sonra ilk Avropa səfərini reallaşdırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilk səfərini İtaliyaya edəcək dövlət başçısı, daha sonra Fransaya keçəcək. Səfərdə əsas məqsəd isə ölkəsinə xarici sərmayədarları cəlb etməkdir. İlk olaraq Romada həmkarı ilə görüşən prezident daha sonra Vatikanda Roma papası ilə görüşəcək.
Ruhanini səfərdə 5 nazir və 120 iş adamı müşayiət edir. Qeyd edək ki, Ruhani 1999-cu ildən bəri İtaliyaya səfər edən ilk İran lideridir.
Son xəbərlər
Son Xəbərlər