İran Prezidenti Rusiyaya səfər edəcək

iran-prezidenti-rusiyaya-sefer-edecek
Oxunma sayı: 1087

İran Prezidenti İbrahim Rəisi gələn ilin əvvəlində Rusiyaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İran hökumətinin rəsmi nümayəndəsi Ali Bahadori açıqlayıb.

Onun sözlərinə görə, Prezidentin siyasi məsələlər üzrə müavini hazırda səfərin planını hazırlayır.

A.Bahadori qeyd edib ki, Rəisi Rusiyaya səfəri çərçivəsində Tehran və Moskva arasında ikitərəfli və iqtisadi-ticari əməkdaşlığa dair məsələləri müzakirə etməyi planlaşdırır.