İran Prezidenti Səudiyyə Ərəbistanına gedəcək

iran-prezidenti-seudiyye-erebistanina-gedecek
Oxunma sayı: 2675

İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İranın birinci vitse-prezidenti Məhəmməd Mohber açıqlayıb.

Onun sözlərinə görə, Rəisi Səudiyyə Ərəbistanı kralı Salman ben Abdel Əzizin bununla bağlı təklifini qəbul edib. 

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildə kəsilib. Buna səbəb isə, tanınmış şiə din xadimi Nimr ən-Nimrin Ər-Riyadda edam edilməsindən sonra keçirilən etiraz aksiyası zamanı nümayişçilərin Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndələyinə hücum etməsi olub.

2023-cü ilin martın 10-u isə Pekində baş tutan danışıqların yekununda İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpa edilməsi ilə bağlı iki ölkə nümayəndələri arasında razılaşma imzalandığı məlum olub. Tərəflər 2 ay ərzində səfirlik və nümayəndəliyin açılması ilə bağlı razılığa gəlib.