İran Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

iran-prezidentinin-xususi-numayendesi-azerbaycana-gelir
Oxunma sayı: 3322

İran Xarici İşlər nazirinin müavini Abbas Araxçi Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə səfər edəcək.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məlumat verib.

Onun sözlərinə görə, səfərin məqsədi Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüs irəli sürməkdir. Səfərin tarixi açıqlanmır.

Bundan əlavə, Araxçi Azərbaycan və Ermənistanla həmsərhəd bölgələrə də gedəcək.