“İran PUA-ları müharibənin gedişatına təsir etməyəcək”

iran-pua-lari-muharibenin-gedisatina-tesir-etmeyecek
Oxunma sayı: 2069

“Rusiya tərəfindən İran pilotsuz uçuş aparatlarından istifadə olunması çətin ki, müharibənin gedişatına əhəmiyyətli dərəcədə təsir etsin”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu yayıb.

“Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin sədrinin müavini, briqada generalı Aleksey Qromov oktyabrın 6-sı bildirib ki, Rusiya qoşunları ümumilikdə Ukraynaya qarşı 86 İran istehsalı “Shahed-136” pilotsuz uçuş aparatı istifadə edib. O bildirib ki, Ukrayna qoşunları artıq sözügedən PUA-ların 60%-ni məhv edib”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl “The Washington Post”un yaydığı məlumata görə, İran Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyasını göndərib. Bildirilir ki, burada söhbət əsas olaraq “Mohajer-6” və “Shahed” tipli pilotsuz uçuş aparatlarından gedir. Bu PUA-lar isə radiolokasiya sistemləri, artilleriya qurğuları və digər hərbi obyektlərə atəş açmaq üçün nəzərdə tutulub.