İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.
XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında əlaqələrin, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafından danışıb.
E.Məmmədyarov hazırda həyata keçirilən ikitərəfil iqtisadi layihələr barədə qarşı tərəfə məlumat verib. İki ölkə arasındakı Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətini qiymətləndirib. Nazir, Parlamentlərarası Dostluq Qrupunun ölkələrimiz arasında əlaqələrə töhfə verdiyini qeyd edib.
Ə.Laricani İran Parlamentinin Azərbaycan ilə əlaqələrin inkişafına tam dəstək verdiyini bildirib. İki ölkə arasında hazırda icra mərhələsində olan layihələrin icrasının sürətləndirilməsini vurğulayıb.
Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə məlumat verib, Azərbaycanın bölgədə sülhün və sabitiyin tərəfdarı olduğunu bildirib.
Laricani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını qeyd edib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirilib. Laricani münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğulayıb.

Son xəbərlər
Son Xəbərlər