İran Qətərə 200 ton meyvə-tərəvəz göndərdi

iran-qetere-200-ton-meyve-terevez-gonderdi
Oxunma sayı: 784

Blokadada qalan Qətərə İran meyvə və tərəvəz satıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qonşu dövlətlərlə əlaqəsi kəsildiyi üçün ölkəyə ərzaq idxal edə bilməyən Qətərə bəzi ölkələr qida ixracı etməyə başlayıblar.

Bu istiqamətdə İran Qətərə 200 ton müxtəlif növ meyvə və tərəvəz satıb.

Məhsullar Bəndər limanından yola salınıb.

Qeyd edək ki, başda Səudiyyə Ərəbistanı olmaqla 9 ölkə Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək bütün əlaqələrini kəsib.