İran raket buraxılışını təxirə saldı - ABŞ-a görə

iran-raket-buraxilisini-texire-saldi
Oxunma sayı: 1436

İran daşıyıcı raketin buraxılışını ABŞ-dan gələn təhlükə səbəbindən təxirə salıb.

Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər veirr ki, bu barədə İran Hərbi Hava Qüvvələrinin və Hərbi Kosmik Qüvvələrin rəhbəri, general Əmir-Əli Hacızadə bildirib.

"Biz orbitə peykin çıxarılması üçün raketi hazır vəziyyətə gətirdik. Ancaq ABŞ-dan gələn təhlükə səbəbindən raketi yenidən anbara qaytarmalı olduq", deyə general vurğulayıb.

Qeyd edək ki, Vaşinqton İranın raket proqramlarını ABŞ və onun müttəfiqləri üçün təhlükə sayır.