İran rəsmisi: “İŞİD-in İrana girməsi xəbəri şayiədir”

iran-resmisi-isid-in-irana-girmesi-xeberi-sayiedir
Oxunma sayı: 1190


Suriyanın bir hissəsində oturuşmuş İŞİD iyun ayında İraqa hücum çəkərək ölkənin şimal-qərbini ələ keçirib. İyunun 29-da bu qrup “İslam dövləti” adlı xilafət yaradıldığını elan edib. Xəlifə postu silahlı qrupun lideri Əbubəkr əl-Bağdadiyə həvalə olunub.

Son günlər İŞİD qüvvələrinin İraqdan İrana girdiyi və bir neçə iranlı əsgəri öldürdüyü haqda məlumatlar yayılır.

“Media forum” saytının məlumatına görə, iyulun 1-də İsmayıl Əhmədi Müqəddəm deyib ki, İranın silahlı qüvvələri İraqla sərhəd bölgələrində vəziyyətə tam nəzarət edir: “İŞİD-çilərin İrana girməsi xəbəri şayiədir. Əlbəttə, sərhəddə hansısa qruplaşmaya bağlı şəxslərlə qarşıdurma yarana bilər. Amma İŞİD-in İran ərazisinə girməsi haqda yayılan xəbərlər düzgün deyil. Bu qruplaşmanın yaxın günlərdə İrana və ya Məşhəd şəhərinə gəlib çatacağı haqda deyilənlər də tam mənasız söhbətlərdir. Bizim hazırda sərhədimizdə terrorçuluqla bağlı hər hansı bir məsələdən nigaranlığımız yoxdur”.