İran Rusiya peyvəndini qeydiyyata aldı

iran-rusiya-peyvendini-qeydiyyata-aldi
Oxunma sayı: 670

İran Rusiya istehsalı “Sputnik V” peyvəndini qeydiyyata alıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdə məlumat verib.

Nazir rəsmi Tehranın sözügedən vaksini tezliklə satın almağa və istehsal etməyə başlayacağına ümid etdiyini ifadə edib: “Sizə bildirmək istəyirəm ki, “Sputnik V” peyvəndi dünən İranda qeydiyyata alındı, sanitariya orqanlarımız tərəfindən təsdiqləndi və yaxın gələcəkdə dərmanı alıb birgə istehsalına başlayacağımıza ümid edirik”.