Rusiya S-300 zenit-raket komplekslərinin ilk partiyasını İrana çatdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
İran XİN-nin rəsmi nümayəndəsi Cabir Ənsari “Raketlərin çatdırılma tarixi bir neçə dəfə təxirə salınsa da, artıq mən elan edə bilərəm ki, bu gün avadanlıqların ilk partiyası İrana gəlib. Proses davam edəcək”, - deyə açıqlama verib.
Qeyd edək ki, daha əvvəllər zenit-raket komplekslərinin birinci partiyasını İrana 2016-ci ilin avqust və ya sentyabr ayında göndəriləcəyi deyilirdi.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər