İran “Şahdəniz”də payını artırmaq istəyir -

iran-sahdenizde-payini-artirmaq-isteyir-
Oxunma sayı: 780


“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

O bildirib ki, bu məsələ ilə bağlı artıq Azərbaycan tərəfi ilə danışıqlar aparılır: “İranın “NICO” şirkətinin “Şahdəniz” layihəsində iştirak payı var. Bu payı artırmaq üçün danışıqlar aparılıb”.

Qeyd edək ki, “NICO” şirkəti “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir.

“Qafqazinfo”