İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Tehrana səfər edərək ölkənin XİN rəhbəri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İran XİN yayıb.
Məlumata görə, görüş zamanı səfir Musəvi İranın XİN rəhbərinə iki ölkə arasında münasibətlərdə son hadisələrə dair hesabat təqdim edib.
Bildirilir ki, Abdullahian səfirə iki qonşu ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafı ilə bağlı lazımi təlimatlarını təqdim edib.
Son xəbərlər
Son Xəbərlər