İran səfirindən Kapitolini qoruyan hərbçilərə maraqlı reaksiya

İran səfirindən Kapitolini qoruyan hərbçilərə maraqlı reaksiya
Oxunma sayı: 1234

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi ABŞ-da Konqres binasını mühafizə edən hərbçilərin dəhlizlərdə yerə uzanmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, səfir bu barədə öz tvitter hesabında paylaşım edib. Konqres binasının dəhlizində uzanan ABŞ hərbçilərinin fotosunu paylaşan Müsəvi “Dünyanın bütün yerlərinə demokratiya ixrac etməkdən yorulublar. Evinizə xoş gəlmisiniz!”,- şərhini yazıb.

Qeyd edək ki, ABŞ-da hazırkı Prezident Donald Trampın tərəfdarlarının Kapitoliyə basqınından sonra Konqres binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Merilənd və Virciniya ştatlarından Konqres binasını mühafizə etmək üçün göndərilən və dünən axşamdan binada keşik çəkən hərbçilərin yorğunluqdan yerə uzanmaları dünyada gündəm olub.