İran səfirinin Ermənistana canfəşanlığı

iran-sefirinin-ermenistana-canfesanligi
Oxunma sayı: 862


Ermənistanadakı İran səfiri Məhəmməd Rəisi iyunun 11-də Yerevanda maraqlı çıxış iə diqqəti cəlb edib. O, deyib: “Təəssüflər olsun ki, vaxtilə çəkilmiş Ermənistan-İran qaz boru xətti cox kiçik diametrli olduğuna görə bu gün İran Ermənistanın qaza olan tələbatını lazımi qədər ödəyə bilmir. Yoxsa İranda olan qazla nəinki Ermənistanı, hətta başqa ölkələri də təmin etmək olar”.


Əlbəttə ki, başqa ölkələri deyərkən hazırda Azərbaycandan qaz alan qonşu Gürcüstan dövlətini də nəzərdə tutur. İran səfiri xatırladıb ki, o zaman qaz boru xətti çəkilərkən Ermənistan prezidenti R.Köçəryan xəsislik edərək özü bu xəttin kiçik diametrli olmasını istəyib və bildirmişdi ki, “ Bu sadəcə yaxşı biznes olacaq - qaz Ermənistana gələcək, əvəzində elektrik enerjisi qismində İrana qaytarılacaq”.
Faktiki olaraq, o illər Ermənistan hakimiyyəti qaz probleminə bir strateji rıçaq kimi yox, biznes kimi yanaşırdı.

Hansı ki, o zamankı buraxılan səhvlər bu gün öz nəticələrini göstərməkdədir. Bu səhvlər olmasaydı İranın yardımı ilə Ermənistanın regionda müstəqillik çəkisi daha da artmış olardı.


İran səfirinin sözlərinə görə , İranın Ermənistan və Gürcüstanın ünvanına təklifləri də olub. Bəllidir ki, hər iki ölkə Rusiyanın asılılığından çıxsalar da, Türkiyə - Azərbaycan asıllılığına düşəcəklər. Buna görə də işarə edir ki, İran-Ermənistan-Gürcüstan qaz dəhlizinin açılması vacib şərtlərdən biri olardı. Əslində o zaman İran-Ermənistan qaz boru xətti çəkilərkən Gürcüstan bu ideyanı Yerevana təklif etmişdi.

Ancaq Ermənistan hakimiyyəti bu ideyanın Rusiyanı “qıcıqlandıracağını” bəhanə gətirərək bundan imtina etmişdi. Nəticə isə göz qabağındadır: Ermənistanın qaz kəməri var, amma ölkənin enerji təhlükəsizliyini və xarici siyasətinin möhkəmliyini nümayiş etdirmir. Əlbəttə, bu Ermənistan üçün ağır zərbədir.


Təbii ki, İranın da bu sahədə daimi olmasa da öz problemləri var. İran regionda öz geosiyasi aktuallığını qorumaq üçün hələ də İran – Ermənistan – Gürcüstan qaz kəmərinin çəkiləcəyi ideyasını gündəmdə saxlayır.
Ancaq burada bir məsələ də var. Bu ideyanın reallaşması üçün hər üç ölkədə bu məsələ aktual olmalıdır. Çünki burada bir sıra dolaşıq məqamlar var. Bu günki Gürcüstan hökümətini hələ ki, İrandan tranzit məsələsi düşündürmür. Yeni hakimiyyətin başı Rusiya ilə münasibətləri tənzimləməyə qarışıb.
O ki, qaldı Ermənistana əlbəttə, burada qeyri – müəyyən məsələlər hələ çoxdur. Nə qədər ki, Ermənistanın bütün sahələrdə hazırki xarici siyasəti anlaşılmaz olaraq qalır, nə qədər ki, onun siyasətinin forması məlumdur amma məzmunu nisbidir – deməli onunla işbirliyi qurmaq çətinləşir.
Buna görə də vəziyyətdən çıxmaq üçün İranın mesajları və tövsiyyələri İran səfirinin fikrincə, Ermənistan üçün önəmli olmalıdır. Əks təqdirdə bu, ölkənin vəziyyəti daha da ağırlaşacaq.

Bir tərəfdən İranın, o biri tərəfdən isə Rusiyanın tövsiyyələri və göstərişləri arasında çaş-baş qalan Ermənistanın başına nələrin gələcəyini isə zaman göstərəcək


İsmayıl Tanrıverdi
BDU – nun Erməni araşdırmaları ETL – nin
böyük elmi işçisi