İran Səkinəni asmaqla edam etmək istəyir

iran-sekineni-asmaqla-edam-etmek-isteyir
Oxunma sayı: 677

Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhəridir.

Səkinə Məhəmmədi Aştiyani 6 ilə yaxındır həbsdə saxlanır. O, əvvəlcə zinada, sonradan həm də ərinin qətlində iştirakda günahlandırılıb və daşqalaq yolu ilə edama məhkum olunub. Səkinə ona qarşı irəli sürülmüş ittihamları rədd edir.

“Media forum” saytının məlumatına görə, Malik Əjdər Şərifi deyib ki, Səkinə Məhəmmədinin edam olunması ilə bağlı İran Məhkəmə Sisteminə və bir sıra din aliminə müraciət ediblər: “Şərqi Azərbaycan əyalətində Səkinəni daşqalaq yolu ilə edam etməyə şərait olmadığından ölüm cəzasının başqa formada həyata keçirilməsi üçün bəzi din alimlərinə müraciət etmiş, onların bunun mümkünlüyü ilə bağlı fikrini öyrənməyə çalışmışıq. Gözləyirik görək daşqalağa məhkum edilmiş bu şəxsi dar ağacından asmaq yolu ilə edam etmək olar, ya yox. Sözsüz ki, cavabı aldıqdan dərhal sonra ölüm hökmünü yerinə yetirəcəyik”.