İran Suriya ilə bağlı mühüm açıqlama verib.
“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, İran silah hazırlamaqda Suriyaya kömək edə bilər. Belə bir bəyanatla İranın müdafiə naziri Əmir Hətəmi Suriya səfəri zamanı çıxış edib. Suriyalı həmkarı Əli Abdullah Əyyubla görüşdən sonra jurnalistlərlə bir araya gələn iranlı nazir Dəməşqin bərpasında Tehranın Suriya hökumətinə və xalqına yardım etməyə hazır olduğunu bildirib: “İranın özəl sektoru kifayət qədər böyük imkanlara sahibdir və ölkənin yenidən dirçəlməsində, güclü silahların hazırlanmasında Suriyaya yardım göstərə bilər”.
Əmir Hətəmi onu da qeyd edib ki, Suriyaya səfərinin əsas məqsədi ölkənin bərpa edilməsi məsələləri üzrə əməkdaşlığı inkişaf etdirməkdir.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər