“İran şirkətləri Qarabağda fəaliyyət göstərəcək” - Səfir

iran-sirketleri-qarabagda-fealiyyet-gosterecek
Oxunma sayı: 3636

“Kənd təsərrüfatı və qida sənayesi sərgisində İran şirkətlərinin stendində oldum, onlarla söhbət etdim”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi öz tvitter hesabında yazıb.

O bildirib ki, İran yaxın vaxtlarda Azərbaycanda traktor istehsal xəttini yaradacaq:

“İran şirkətləri Dağlıq Qarabağda azad edilmiş torpaqların kənd təsərrüfatı sektorunda fəal iştirak etməyə hazırlaşır”.