İran “Taliban”la müqavimət qüvvələri arasında vasitəçi rolunu oynamaq istəyir

iran-talibanla-muqavimet-quvveleri-arasinda-vasiteci-rolunu-oynamaq-isteyir
Oxunma sayı: 800

İran “Taliban” hərəkatı və Əfqanıstanın Milli Müqavimət Cəbhəsi arasında dialoqda vasitəçi rolunu oynamağa və bu görüşlərin formatını region ölkələrinin dəvət olunmasına qədər genişləndirməyə hazırdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Tehrandakı mənbələrinə istinadən Əfqanıstanın “Xaşt-e subh” qəzeti yayıb.

Qəzet yazır ki, İran “Taliban” hərəkatı və Milli Müqavimət Cəbhəsi arasında dialoqun hazırlıqlarını hələ qeyri-rəsmi səviyyədə aparır. Bununla yanaşı, İran tərəfi “Taliban”, Milli Müqavimət Cəbhəsi, digər siyasi hərəkatlar və Əfqanıstanın görkəmli siyasi xadimləri və fiqurları arasında rəsmi görüşlərin təşkil olunması ilə də məşğul olmağa hazırdır.

Eyni zamanda, İran gələcəkdə dialoqa Rusiya, Çin, Pakistan və Türkiyə də daxil olmaqla bir neçə ölkəni cəlb etməyi planlaşdırır.